Ordu.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
“Düşünürəm ki, müharibənin başa çatdığını demək çətindir. O, bütün cəbhələrdə dayanmayınca, sülhə zəmanət verilə bilməz. Buna görə İran öz milli təhlükəsizliyini riskə ata bilməz. Biz yüksək hazırlıq vəziyyətində qalmağa və müxtəlif cəbhələrdə müdafiə mövqeləri tutmağa davam edəcəyik”, - deyə diplomat İran Xarici İşlər Nazirliyi yanında Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) platformasında bildirib.
O vurğulayıb ki, İslam Respublikasının məqsədi “təcavüzkarı məğlub etmək” və ABŞ-nin “İran daxilində öz məqsədinə çatmasına” imkan verməməkdir.
Onun sözlərinə görə, hazırda “bu müharibənin dayandırılmasına və onun kök səbəblərinin aradan qaldırılmasına” diqqət yetirmək lazımdır. “Biz məhz bununla məşğul olacağıq. Biz bunu artıq İslamabad danışıqları zamanı və ondan sonra demişdik”, - deyə Səid Xətibzadə sözlərini yekunlaşdırıb.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs barədə bəyanat verib. İran tərəfinin məlumatına görə, 40 günlük müharibə ərzində Amerika-İsrail zərbələri nəticəsində 3375 iranlı həlak olub. Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparıblar, lakin bir sıra ziddiyyətlər səbəbindən tərəflər münaqişənin uzunmüddətli tənzimlənməsi məsələsində razılığa gələ bilməyiblər. Aprelin 21-də Tramp İranla atəşkəs rejimini uzatmaq niyyətində olduğunu bildirib. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqton tərəfindən birtərəfli qaydada elan edilmiş atəşkəs rejiminin uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun şəkildə hərəkət edəcək.
Sevinc Əliyeva
Ordu.az