Ordu.az xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmos sənayesi klasteri “SAHA İstanbul”un təşkilatçılığı ilə keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi mayın 5-9-da İstanbul Sərgi Mərkəzində keçiriləcək.
Hərbi quru maşınları sahəsində Türkiyə müdafiə sənayesinin qlobal markalarından biri olan FNSS sərgidə son dövrdə təhlükəsizlik qüvvələrinin inventarına daxil etdiyi maşınları və onların yeni qabiliyyətlərini nümayiş etdirəcək.
ALKA-KAPLAN hibrid sistemi sahəyə çıxır
ROKETSAN və FNSS əməkdaşlığı ilə ortaya çıxan və ilk dəfə ötən il IDEF 2025 sərgisində təqdim edilən ALKA-KAPLAN HİBRİT Yönləndirilmiş Enerji Silah Sistemi (YESS) Platforması ötən müddətdə qazandırılan əlavə qabiliyyətlərlə SAHA 2026-ya gələcək.
ROKETSAN-ın ALKA Yönləndirilmiş Enerji Silah Sistemi və FNSS-nin KAPLAN Hibrid Daşıyıcı Platformasının bir araya gəlməsi ilə yaranan platformada sabit və fırlanan qanadlı mini/mikro pilotsuz uçuş aparatları ilə “gəzən sursat”ları aşkar və məhv etmək qabiliyyətinə malik ALKA yer alır.
Elektrikli hərəkət sistemi üçün tələb olunan elektrik enerjisini təmin edən dizel generator qurğusu FNSS tərəfindən layihələndirilərək maşına inteqrasiya edilib. Dizel generator qurğusu tələb olunan elektriki ən səmərəli olduğu sürət-fırlanma anı diapazonlarında işləyərək istehsal edir. Yüksək kilovatlarda güc istehsal edən qurğu ilə maşının mobillik ehtiyacları qarşılanır, eyni zamanda ALKA kimi yeni nəsil silahların ehtiyac duyduğu yüksək gərginlik səviyyələrində elektrik gücünün əlavə enerji qurğusu daşınmadan təmin edilməsi mümkün olur. ALKA YESS asimmetrik təhdidlərə qarşı ən xərc baxımından səmərəli müdafiə sistemlərindən biri kimi önə çıxır. ROKETSAN tərəfindən platforma və platformaya yönəlmiş yeni və irəli alt texnologiyaların hazırlanması işləri də davam edir.
PARS ALPHA və TEBER-II qüllə inteqrasiyası
FNSS stendində TEBER-II 30/40 Uzaqdan İdarə Edilən Qüllə inteqrasiya edilmiş PARS ALPHA 8x8 Yeni Nəsil Təkərli Zirehli Döyüş Maşını yer alacaq.
PARS ALPHA 8x8 yeni nəsil zirehli döyüş maşınları sahəsində innovativ həllərə öncülük edərək üstün hərəkət və sağqalma qabiliyyəti, dayanıqlıq, situasiya məlumatlılığı və həyat təminatı sistemlərini ehtiva edən texnologiyaları bir platformada birləşdirir.
Maşına FNSS layihəsi olan TEBER-II 30/40 Uzaqdan İdarə Edilən Qüllə inteqrasiya edilib. Qüllə 30 mm cüt qidalanmalı avtomatik top ilə təchiz edilib. Top üzərində əsas komponentlər və lülə yatağı hissəsi olduğu kimi saxlanılmaqla mövcud 30 mm top lüləsi 40 mm lülə ilə dəyişdirilə bilir. Bu uyğunlaşdırıla bilən silah sistemi seçimi istifadəçilərə atəş gücünü asanlıqla, tələb olunan zamanda və yerdə artırmağa imkan verir. Bundan əlavə, 7,62 mm-lik koaksial pulemyot əsas silahın yanında yer alır.
ZAHA amfibiya əməliyyatı qabiliyyəti
Hərbi Dəniz Qüvvələrinin inventarında xidmət edən Zirehli Amfibiya Hücum Maşını ZAHA da sərgidə təqdim ediləcək.
ZAHA amfibiya desant əməliyyatı zamanı gəmi ilə sahil arasındakı məsafəni ən sürətli şəkildə qət etmək qabiliyyətinə malikdir. Əməliyyatın desant mərhələsində desant gəmilərindən dənizə enə bilir və aradakı məsafəni yüksək sürətlə qət edərək birliklərin mühafizə altında və atəş dəstəyi ilə qısa müddətdə sahilə çıxmasını təmin edir. Türkiyə Silahlı Qüvvələrinin sahib olduğu ən sürətli amfibiya maşını xüsusiyyətinə malik ZAHA quru və dəniz tələbləri balanslaşdırılaraq, vəzifə təyinatı gərəyi həm hərbi quru maşınının, həm də hərbi dəniz maşınının malik olmalı olduğu bütün xüsusiyyət və qabiliyyətləri özündə birləşdirir.
İZCİ 6x6 komanda-idarəetmə qabiliyyəti
Xüsusi Məqsədli Taktiki Təkərli Zirehli Maşınlar Layihəsi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə təhvil prosesində sona gəlinən İZCİ 6x6 Komanda-İdarəetmə Maşını da sərgidə nümayiş etdiriləcək.
Mühüm güc çarpanı yaradan maşınlar kəşfiyyat tapşırığının sürətli, keyfiyyətli və mərkəzində yerləşən komanda-idarəetmə sistemi sayəsində ani şəkildə həyata keçirilməsini təmin edir.
PARS İZCİ maşınları kəşfiyyat və daxili təhlükəsizlik əməliyyatları üçün xüsusi olaraq hazırlanıb. Yüksək situasiya məlumatlılığı xüsusiyyəti ilə istifadəçisinə taktiki üstünlüklər təqdim edən maşınlar hər cür ərazi şəraitində yüksək hərəkət qabiliyyətinə malikdir. Maşınlar üstün ballistik və mina qoruma qabiliyyəti ilə xidmət edir.
PARS İZCİ qoruma səviyyəsi ilə həm şəxsi heyətin daşınması məqsədilə istehsal edilən mina qorunan maşınların qoruma səviyyəsinə çatır, həm də müasir zirehli döyüş maşınında gözlənilən qabiliyyətləri özündə saxlaya bilir.
Sevinc Əliyeva
Ordu.az