“Reuters”: Kosovo parlamenti buraxılıb

2026/04/1777459293.jpg
Oxunub: 350     14:30     29 Aprel 2026    
Qismən tanınmış Kosovo Respublikasının Prezidenti Vyosa Osmani yeni seçilmiş parlamenti buraxıb və yeni növbədənkənar seçkilər təyin edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, Osmani parlamenti martın 6-da buraxıb. Bundan bir gün əvvəl qanunvericilər müəyyən edilmiş müddətdə ölkənin yeni rəhbərini seçə bilməyiblər.

“Reuters”in məlumatına görə, parlament martın 5-i başa çatanadək prezident seçməli idi, lakin Kosovonun hakim “Özünütəyinetmə” partiyası iclas üçün kvorumu təmin edə və müxalifət deputatlarını öz namizədi, Assambleyanın spikeri Qlauk Konyufça ətrafında birləşdirə bilməyib. Agentlik qeyd edir ki, müxalifət partiyaları öz namizədlərini irəli sürmək tələbi ilə çıxış ediblər.

“Prezident seçməyə qadir olmayan parlament bu prosesi, deputatların indi etməyə çalışdığı kimi, sonsuzadək uzatmaq hüququna malik deyil”, - deyə Osmani bildirib.

Xatırladaq ki, 2026-cı ilin fevralında Kosovo qanunverici orqanı Albin Kurtinin rəhbərlik etdiyi hökuməti təsdiqləmişdi. O, 2025-ci ilin dekabr seçkilərinin nəticələri əsasında formalaşdırılmışdı. Həmin seçkilərdə “Müqavimət” hərəkatı qələbə qazanmışdı.

Yerli qanunvericiliyə görə, parlament ölkə rəhbərini səslərin ixtisaslı çoxluğu ilə seçməli idi. Lakin səsvermənin uğursuzluğundan sonra respublika yeni seçki mərhələsinə daxil olur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kosovo   Parlament  


Bizi "telegram"da izləyin