Avstraliyada təyyarə anqara çırpılıb, ölən və yaralananlar var

2026/04/1777457326.jpg
Oxunub: 346     13:34     29 Aprel 2026    
Avstraliyanın Adelaida şəhərindən şimalda yerləşən aerodromda təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə "ABC Australia" telekanalı məıumat yayıb.

Dörd yerlik "Diamond DA42" təyyarəsi eniş etməyə çalışarkən anqara çırpılıb. Zərbədən sonra başlayan güclü yanğın artıq söndürülüb.

Polis təyyarənin pilotu və sərnişininin həlak olduğunu bildirib. Bundan başqa, qəza zamanı anqarda olan 11 nəfər xəsarət alıb.

Müstəntiqlər və kriminalistlər hadisə yerindədir.

Yanğın nəticəsində anqardakı üç təyyarəyə ziyan dəyib. Yanğının nəticələrinin aradan qaldırılmasına 57 yanğınsöndürən cəlb edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Təyyarə  


Bizi "telegram"da izləyin