Norveç yeni partlayıcı maddələr zavodunun tikintisi planını hazırlayır

2026/04/fdgdf-1777454817.jpg
Oxunub: 342     13:24     29 Aprel 2026    
Norveçdə “Chemring Nobel” tərəfindən yeni partlayıcı maddələr zavodunun tikintisi üçün planlaşdırmaya başlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə “NTB Kommunikasjon” məlumat yayıb.

“NTB Kommunikasjon” qeyd edib ki, yeni zavodun Asker bələdiyyəsində tikilməsi planlaşdırılır.

“Güclü partlayıcı maddələrin istehsalı həm milli, həm də müttəfiq qüvvələrin müdafiə qabiliyyətinin qorunması üçün kritik dərəcədə vacibdir”, - deyə Norveç rəsmiləri qeyd edirlər.

“Chemring Nobel” güclü partlayıcı maddələrin istehsalı üçün zəruri imkanlara və ekspertizaya malik azsaylı Avropa istehsalçılarından biridir.

Şirkət bildirir ki, Norveçdəki əməliyyatları tam gücü ilə işləyir və sifariş portfeli bir neçə il üçün doludur.

“Chemring Nobel”in partlayıcı maddələr obyektinin tikintisi üçün sahə

Norveç Müdafiə Nazirliyi zavod tikintisi layihəsinin təşəbbüskarıdır, “Chemring Nobel” isə sifarişçidir. Asker bələdiyyəsi ictimai məsləhətləşmə çərçivəsində nəticə çıxaran orqan kimi çıxış edir.

Hökumət planlaşdırma prosesinin milli planlaşdırma çərçivəsi əsasında aparılması barədə qərar qəbul edib.

Səbəb layihənin milli maraqlar üçün əhəmiyyətli olması, təcili xarakter daşıması və yerli, regional və milli səviyyələrdə, eləcə də müxtəlif sektor maraqları arasında maraq toqquşmalarını əhatə etməsidir.

Planlaşdırma proqramı, xüsusilə də məkan seçimini müəyyən edir.

Eyni zamanda Norveçdə ictimai məsləhətləşmə zamanı hər kəsin şərh təqdim etmək imkanı var. Təkliflərin təqdim edilməsi üçün son tarix 2026-cı il iyunun 15-dir.

“Müdafiə Nazirliyi maraqlı tərəflər və yerli sakinlərlə dialoqu təmin etməyə çalışır. Biz bu məsələ üzrə Asker bələdiyyəsi ilə də sıx işləyirik”, - deyə Müdafiə Nazirliyi qeyd edir.

Ötən il artilleriya sursatının aparıcı istehsalçılarından biri olan Norveçin NAMMO şirkəti və Ukraynanın müdafiə şirkəti strateji əməkdaşlıq sazişi imzalamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Partlayıcı-maddə   Zavod  


Bizi "telegram"da izləyin