Ordu.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
“Bu qərarın əsasında Səudiyyə Ərəbistanı ilə fikir ayrılıqları və münaqişə fonunda yaranmış gərginlik dayanır”, - deyə qəzet yazır.
Bildirilir ki, bunun nəticəsində yaxın vaxtlarda dünya bazarında neft təklifinin artması mümkündür. Çünki təşkilatdan çıxdıqdan sonra BƏƏ OPEK daxilində müəyyən edilmiş məhdudiyyətlərə əməl etmədən hasilat güclərini artıracaq.
“Reuters” agentliyi 2026-cı il aprelin 28-də BƏƏ-nin OPEK və OPEK+ təşkilatlarından çıxması barədə məlumat vermişdi.
Ölkənin bu birliklərdən çıxışı mayın 1-nə planlaşdırılıb.
Qeyd olunur ki, qərar BƏƏ-nin “istehsal siyasətinin hərtərəfli yenidən nəzərdən keçirilməsindən” sonra qəbul edilib.
Sevinc Əliyeva
Ordu.az