Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Kral Trampa 1879-cu ilə aid “Resolute” yazı masasının çertyojlarının faksimile surətini hədiyyə edib. Həmin masa Britaniya gəmisinin ağacından hazırlanıb.
Cavab olaraq Tramp krala ABŞ-nin Böyük Britaniyadakı ilk səfiri Con Adamsın 1785-ci ildə ABŞ-nin o vaxtkı xarici işlər naziri Con Ceyə yazdığı məktubun surətini təqdim edib. Məktubda Adams Müqəddəs Ceyms sarayında kral III Georqun onu necə isti qarşıladığını təsvir edir.
Kraliça Kamilla birinci xanım Melaniya Trampa britaniyalı zərgər-dizayner Fiona Reyin hazırladığı broşu hədiyyə edib. Bu broş ənənəvi sənətkarlıq bacarıqlarını kompüter dizaynı ilə birləşdirir.
Cavab olaraq ABŞ-nin birinci xanımı kraliçaya Amerikanın “Tiffany” zərgərlik evinin dizayn etdiyi “King Sterling” adlı altı gümüş çay qaşığı və Ağ Evdə bu yaxınlarda yerləşdirilmiş arı pətəyindən əldə olunan bal dolu banka hədiyyə edib.
Sevinc Əliyeva
Ordu.az