Netanyahu “Hizbullah”ın PUA-larına qarşı “xüsusi layihə”dən danışıb

2026/04/1776451853.jpg
Oxunub: 383     09:13     29 Aprel 2026    
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, iki həftə əvvəl Livanın “Hizbullah” hərəkatının artan pilotsuz uçuş aparatı təhdidinə qarşı yönəlmiş “xüsusi layihə”nin həyata keçirilməsi barədə göstəriş verib.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Netanyahu qeyd edib ki, bu vaxt aparacaq, lakin məsələ həll olunacaq.

Onun sözləri “Hizbullah”ın partlayıcı yüklü pilotsuz uçuş aparatlarından istifadəsini artırdığı bir vaxtda səslənib.

Pilotsuz uçuş aparatları Livanın cənubunda fəaliyyət göstərən İsrail qoşunlarına da zərbələr endirib. Həftənin əvvəlində bir hərbçi həlak olub, dünən isə digəri ağır yaralanıb.

Netanyahu həmçinin bildirib ki, bu gün daha əvvəl İsrail qüvvələri “Hizbullah”a məxsus iri tuneli məhv edib və qruplaşmaya qarşı əməliyyatlar Livanın bütün ərazisində davam edir.

O əlavə edib ki, qoşunlar onların terror infrastrukturlarını dağıdır və onlarla silahlını məhv edir, bu isə hələ son deyil.

İsrailin baş naziri qeyd edib ki, İsrail ordusu Livanın bir neçə bölgəsində, o cümlədən Litani çayının cənubunda, Litani çayının şimalında və Livanın şimalındakı Bəkaa vadisində fəaliyyət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Hizbullah  


Bizi "telegram"da izləyin