ABŞ HDQ Ərəbistan dənizində gəmini ələ keçirib, sonra isə sərbəst buraxıb

2026/03/1773298624.jpg
Oxunub: 353     09:03     29 Aprel 2026    
ABŞ-nin Ərəbistan dənizində İrana doğru hərəkət etdiyi ehtimal olunan gəmini ələ keçirdiyi, daha sonra isə sərbəst buraxdığı bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Dəniz Piyadalarının 31-ci ekspedisiya bölməsinin hərbçiləri tərəfindən “Blue Star III” gəmisinin müvəqqəti ələ keçirilməsi ABŞ-nin İran limanlarına qarşı davam edən blokadası ilə əlaqədar baş verib. CENTCOM bildirib ki, gəmi yoxlanıldıqdan və marşrutunun İran limanlarına giriş nəzərdə tutmadığı müəyyən edildikdən sonra sərbəst buraxılıb.

Hazırda blokadanın təmin olunması məqsədilə 39 gəminin istiqaməti dəyişdirilib.

ABŞ daha əvvəl “Touska”, “Tifani” və “Majestic X” adlı azı üç gəmini ələ keçirib və həmin gəmilər hələ də ABŞ-nin nəzarəti altındadır. Bu barədə ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Den Keyn ötən həftə Pentaqonda keçirilən brifinqdə bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Gəmi  


Bizi "telegram"da izləyin