III Çarlz London və Vaşinqton arasında münasibətlərin gücləndirilməsinə çağırıb

2026/04/1777437718.jpg
Oxunub: 344     01:58     29 Aprel 2026    
Böyük Britaniyanın Kralı III Çarlz London və Vaşinqton arasındakı münasibətlərin unikal təbiətindən danışaraq, mövcud qlobal hadisələr fonunda onun gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə III Çarlz ABŞ Konqresində çıxışında bildirib.

"Mən inanıram ki, bu xüsusi tərəfdaşlıq indi əvvəlkindən daha vacibdir", - deyə o qeyd edib.

Monarx ümid etdiyini bildirib ki, Britaniya və ABŞ ortaq dəyərlərini qorumağa davam edəcəklər. O, bəzi fərqlərə baxmayaraq, hər iki xalqın "ortaq demokratik, hüquqi və sosial ənənələrin bəhrəsi" olduğuna inanır.

III Çarlz əməkdaşlığı inkişaf etdirməyin və gələcəyə baxmağın vacibliyini vurğuladı. "Bu gözlənilməz dövrdə ittifaqımız yalnız keçmiş nailiyyətlərə etibar edə bilməz", - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: London   Vaşinqton  


Bizi "telegram"da izləyin