ABŞ energetika naziri: “Hörmüz boğazında naviqasiya tam mina təmizlənməsi olmadan bərpa edilə bilər”

2026/04/1777409295.jpg
Oxunub: 424     00:25     29 Aprel 2026    
“Gəmilərin həyati əhəmiyyətli marşrut üzrə hərəkəti bərpa edə bilməsi üçün İranın Hörmüz boğazında yerləşdirdiyi bütün minaların zərərsizləşdirilməsi mütləq deyil”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ energetika naziri Kris Rayt çərşənbə axşamı “Bloomberg”ə müsahibəsində bildirib.

“Sizə sadəcə gəmilərin giriş-çıxış edə biləcəyi marşrut lazımdır”, - deyə Rayt Dubrovnikdə “Üç dəniz” sammiti və biznes konfransı çərçivəsində verdiyi müsahibədə bildirib. “Məncə, bu, tez baş verə bilər”.

Rayt həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampın “Boru Kəmərinin Sülh Quruculuğu Proqramı” çərçivəsində Avropaya Amerika nefti və təbii qazı idxalının həcminin artmasına səbəb olacaq boru kəmərləri ilə bağlı “tarixi” sazişlər elan etməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin