İsrail ordusu Livanın cənubunda böyük “Hizbullah” tunel şəbəkəsi aşkarladığını bildirib

2026/04/1777408484.jpg
Oxunub: 526     00:17     29 Aprel 2026    
İsrail ordusu çərşənbə axşamı bildirib ki, İsrailin şimal sərhədi yaxınlığında, Livanın cənubunda elit döyüşçülərin istifadə etdiyi böyük “Hizbullah” tunel şəbəkəsi aşkarlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ordu bəyanatında bildirilib ki, qoşunlar “təxminən on il ərzində inşa edilmiş iki “Hizbullah” terror tuneli” tapıb.

Qeyd edilib ki, tunellər iki kilometr (bir mildən çox) uzanırdı və “İsrail ərazisinə yönəldilmiş buraxılış qurğuları olan mövqelərə bağlanan şaxtalara” malik idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin