İtaliyanın baş naziri İran ətrafındakı böhran fonunda prioritetindən danışıb

2025/03/1743138031.jpg
Oxunub: 387     23:23     28 Aprel 2026    
İtaliyanın baş naziri Corcia Meloni çərşənbə axşamı bildirib ki, hazırkı prioriteti İrana qarşı ABŞ-İsrail müharibəsinin nəticələrini nəzərə alaraq qiymətlər, xüsusilə enerji daşıyıcıları üzərində inflyasiya təzyiqinin qarşısını almaqdır.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Mətbuat konfransı zamanı Meloniyə sual verilib ki, Yaxın Şərqdə müharibənin yaratdığı qiymət artımının təsirini azaltmağa yönəlmiş tədbirlər müdafiə sahəsində planlaşdırılan xərcləri azalda bilərmi?

“Müdafiə sahəsində öhdəliklərimdən yayınmadan... İndi mən iqtisadi səviyyədə baş verənlərə prioritet verməliyəm”, - deyə İtaliyanın baş naziri bildirib.

O əlavə edib ki, müdafiə xərcləri “mütləq prioritet” olaraq qalır.

“Üzləşdiyimiz hazırkı beynəlxalq böhran şəraitində qiymətləri və enerji daşıyıcılarını nəzarət altında saxlamaq, açıq şəkildə ÜDM artımını məhdudlaşdıran inflyasiya nəticələrinin qarşısını almaq məsələsi irəliyə doğru addım kimi nəzərdən keçirilməlidir”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   İtaliya  


Bizi "telegram"da izləyin