Ordu.az xəbər verir ki, bunu Rusiyanın BMT-də daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Onun sözlərinə görə, viza üçün sənədlər vaxtında təqdim olunub.
“Amerika tərəfinin bu addımını (əslində isə hərəkətsizliyini) biz ev sahibi dövlət haqqında saziş üzrə üzərinə götürdüyü öhdəliklərin kobud və sistemli şəkildə pozulması kimi qiymətləndiririk”, - Nebenzya BMT İnformasiya Komitəsinin 48-ci sessiyasında bildirib.
O, təşkilatın katibliyini “bu qüsurlu siyasiləşdirilmiş fəaliyyət üsulunun dayandırılması” üçün tədbirlər görməyə çağırıb. Bu tədbirlər sırasında arbitraj prosedurunun başlanması da göstərilib.
ABŞ daha bir rusiyalı diplomatın G20 sammiti ərəfəsində “Bretton-Vuds” qurumlarının yaz toplantılarında iştirakına da icazə verməyib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski bildirib.
Rusiya nümayəndə heyətinin həmin üzvünün artıq vizası var idi, lakin o, iştirakçılar siyahısından çıxarılıb. Xarici İşlər Nazirliyində bildirilib ki, Amerika tərəfi bunu “razılaşdırmanın bütün mərhələlərinin keçilməməsi” ilə izah edib.
Biriçevski əlavə edib ki, Rusiya ABŞ-yə demarş elan edib.
“Bu, amerikalıların üzərlərinə götürdükləri sədr funksiyalarını sona qədər vicdanla yerinə yetirmək iqtidarında olmadıqlarını göstərən çox xoşagəlməz hadisə idi”, - deyə o, Əməkdaşlıq və İnvestisiyalar üzrə Beynəlxalq Şuranın iclasında bildirib.
Sevinc Əliyeva
Ordu.az