Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Əməliyyat zamanı çoxlu sayda silah aşkarlanıb. Onların arasında “Kalaşnikov” avtomatı, tapança, sursat, döyüş qumbaraları, saxta şəxsiyyət sənədləri və peyk rabitəsi üçün “Starlink” avadanlıqları olub.
Kürdüstan əyalətində daha 4 nəfər saxlanılıb.
“Həmzə Seyid əş-Şühəda” qərargahı xain terrorçu ünsürlərə xəbərdarlıq edir ki, onların fəaliyyəti tam kəşfiyyat nəzarəti altındadır və şimal-qərb bölgəsinin təhlükəsizliyinə qarşı istənilən hərəkət və ya niyyət halında güzəştsiz, qəti və qaçılmaz cavab veriləcək”, - deyə məlumatda qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az