Ordu.az xəbər verir ki, bunu 2026-cı il aprelin 28-də Bişkekdə ŞƏT ölkələrinin hərbi qurum rəhbərlərinin müşavirəsində Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib.
“Ukraynaya Avropa ölkələrinin göstərdiyi yardımın artması fonunda Kiyev rejiminə dəstək məsələsində ABŞ-nin fəallığının azalması müşahidə olunur. Avropa İttifaqı getdikcə daha çox münaqişəyə cəlb olunur, onu maliyyələşdirir və silah tədarük edir”, - deyə Rusiyanın müdafiə naziri bildirib.
Eyni zamanda o qeyd edib ki, Kiyevə Qərb silahlarının çatdırılması üzrə istehsal-logistika zəncirləri diqqətlə izlənilir və məqsədli şəkildə ictimailəşdirilir.
Belousov xatırladıb ki, xüsusilə 2026-cı il aprelin 15-də mediada Ukraynaya zərbə pilotsuz uçuş aparatları və onların komponentlərini istehsal edib tədarük edən, Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə olunan Avropa müəssisələrinin siyahısı dərc olunub.
“Belə addımlar bütün Avropa qitəsində hərbi-siyasi vəziyyətin kəskin gərginləşməsinə kömək edir və gözlənilməz nəticələrə səbəb ola bilər”, - deyə Rusiyanın müdafiə naziri bildirib.
Sevinc Əliyeva
Ordu.az