Livanın Səhiyyə Nazirliyi bildirib ki, martın 2-dən etibarən İsrail hücumları nəticəsində azı 2534 nəfər həlak olub, 7863 nəfər yaralanıb.
Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Daha əvvəl qurumdan bildirilmişdi ki, təxliyə mərkəzlərində sığınacaq tapan məcburi köçkünlərin ümumi sayı 120 mini keçib.
Eyni zamanda həmin mərkəzlərdə yerləşdirilən ailələrin sayı təxminən 31 minə çatıb.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Livan
Ölüm