İsrailin Livana zərbələri nəticəsində son sutka ərzində 13 nəfər ölüb

2026/04/1777267280.jpg
Oxunub: 369     19:23     28 Aprel 2026    
Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub-şərqinə endirdiyi aviazərbələr nəticəsində azı 13 nəfər ölüb, 59 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşıb.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2 534-ə, yaralananların sayı isə 7 863-ə çatıb", - nazirliyin məlumatında qeyd olunub.

Bildirilib ki, İsrailin Livanın cənubunda və şərqindəki "Hizbullah" obyektlərinə hücumlarını davam etdirdiyini nəzərə alaraq, ölənlərin və yaralananların sayı arta bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin