Belçikanın müdafiə naziri: “Bütün gözlər Ankaradadır”

2026/04/1777390346.jpg
Oxunub: 582     19:27     28 Aprel 2026    
ABŞ-də rəsmi səfərdə olan Belçikanın müdafiə naziri Teo Frankken “X” sosial media platformasındakı hesabında paylaşım edib.

Ordu.az xəbər verir ki, Frankken 2026-cı il iyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvəsinə toxunaraq, “Bütün gözlər Ankaradadır” ifadələrini işlədib.

NATO Zirvəsi ərəfəsində ABŞ-nin Avropalı müttəfiqlərə müdafiə xərclərini artırmaq istiqamətində təzyiq göstərdiyini bildirən Frankken müdafiə sənayesinin də ölkələrin müdafiə xərclərini artırmasına paralel şəkildə hərəkət etməsinin vacibliyinə diqqət çəkib.

Frankken ABŞ-İran müharibəsinin də gündəmdə olduğunu xatırladaraq, ABŞ ilə İran arasında sabit atəşkəs təmin edildikdən sonra Hörmüz boğazının təhlükəsizliyini qorumaq məqsədilə Avropa əməliyyatına töhfə vermək qərarının qəbul edildiyini xatırladıb.

Belçikanın mina əleyhinə tədbirlər sahəsində ixtisaslaşdığını bildirən Frankken bu çərçivədə mina təmizləmə gəmisi “Primula”nın Baltik dənizindən Şərqi Aralıq dənizinə yönləndirildiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Türkiyə  


Bizi "telegram"da izləyin