İsrail bəyan edib ki, Livana qarşı ərazi iddiaları yoxdur

2026/04/1777389960.jpg
Oxunub: 407     19:15     28 Aprel 2026    
İsrail çərşənbə axşamı bəyan edib ki, Livanda ərazi ələ keçirməyə çalışmır. Bu arada İsrail ordusu ölkənin cənubunda hərbi əməliyyatlardan zərər çəkmiş şəhər və kəndlərin təxliyəsi ilə bağlı yeni xəbərdarlıqlar yayıb.

Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat verib.

“İsrailin Livanda ərazi iddiaları yoxdur. Bizim mövcudluğumuz... yalnız bir məqsədə xidmət edir: vətəndaşlarımızın müdafiəsinə”, - deyə İsrailin xarici işlər naziri Gideon Saar mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “heç bir ölkə silah gicgahına dirənmiş vəziyyətdə yaşamaq istəməz”.

“Əslində, “Hizbullah” və digər terror təşkilatları, o cümlədən fələstinli terror qruplaşmaları məhv edildikdən sonra İsrailin həmin ərazilərdə mövcudluğunu saxlamağa ehtiyacı qalmayacaq”, - deyə Saar əlavə edib.

2026-cı il aprelin 17-də “Hizbullah” hərəkatı ilə atəşkəs sazişi qüvvəyə mindikdən qısa müddət sonra İsrail sərhəd boyunca təxminən 10 kilometr dərinliyində Livan ərazisini əhatə edən və İsrail qoşunlarının fəaliyyət göstərdiyi “sarı xətt” adlandırılan zonanı elan edib.

Atəşkəsə baxmayaraq, İsrail və “Hizbullah” hərbi əməliyyatları davam etdirir, tərəflər bir-birini kövrək atəşkəsi pozmaqda ittiham edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin