Bəhreyndə 5 nəfər İranın xeyrinə “düşmən fəaliyyətləri” hazırlamaqda təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib

2026/03/1772608835.jpg
Oxunub: 347     17:51     28 Aprel 2026    
Bəhreyndə çərşənbə axşamı beş nəfər ömürlük həbs cəzasına məhkum edilib. Onlar İranla birlikdə “terrorçu və düşmən xarakterli fəaliyyətlər” planlaşdırmaqda ittiham olunurlar.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Dövlət ittihamçısı bildirib ki, Ali Cinayət Məhkəməsinin qərarı ilə iki əfqanıstanlı və üç bəhreynli məhkum edilib, dördüncü bəhreynli isə bəraət alıb. Bəyanata əsasən, onlar İran üçün “strateji əhəmiyyətli obyektləri” izləmək və şəkillərini çəkməkdə ittiham olunurlar.

“İttiham təsdiqləyir ki, Bəhreyn Krallığına qarşı yönəlmiş düşmən xarici təşkilatlarla əlaqə milli təhlükəsizliyə zərər vuran ən ağır cinayətlərdən biri hesab olunur”, - deyə bəyanatda qeyd edilir.

Dövlət ittihamçısı altıncı təqsirləndirilən şəxsə verilmiş bəraət hökmündən apellyasiya şikayəti vermək imkanını nəzərdən keçirir.

Bazar ertəsi Bəhreyn 69 nəfərin vətəndaşlığını ləğv edib və onların “İranın düşmən fəaliyyətlərinə dəstək verdiyini” iddia edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəhreyn   İran  


Bizi "telegram"da izləyin