İsrail Müdafiə Ordusu Livanın cənubundakı 16 kəndin sakinlərinə evlərini tərk etməyi əmr edib

2025/01/1736919050.jpg
Oxunub: 343     16:33     28 Aprel 2026    
Cənubi Livanın Nəbatiyə vilayətinin 16 kəndinin sakinləri gözlənilən aviazərbələr səbəbilə İsrail hərbçilərindən dərhal çıxmaq əmri alıblar.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İsrail Müdafiə Ordusunun sözçüsü Avixay Edri ərəb dilində “X” platformasında bildirib ki, şiə “Hizbullah” təşkilatının döyüşçüləri yuxarıda qeyd olunan kəndlərdən silahlı hücumlar həyata keçirmək üçün istifadə edirlər.

“Hizbullah” terror təşkilatı atəşkəs razılaşmasını pozur və biz ona qarşı qətiyyətli addımlar atmaq məcburiyyətindəyik. Buna görə də təhlükəsizliyiniz üçün siz dərhal evlərinizi tərk etməli və Sayda şəhərinə doğru hərəkət etməlisiniz”, - deyə İsrail Müdafiə Ordusunun sözçüsü bəyanatında bildirib.

Edri vurğulayıb ki, “Hizbullah” döyüşçülərinin, obyektlərinin və ya hərbi texnikasının yaxınlığında olan hər kəs öz həyatını təhlükəyə atır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin