Ordu.az xəbər verir ki, bu barədə ABŞ rəsmiləri “Axios”a bildiriblər.
Onlar deyiblər ki, münaqişənin nə hərbi, nə də diplomatik həllinin olmayacağı və ABŞ-nin İranın dəniz blokadasını saxlayaraq uzun müddət regionda əhəmiyyətli qüvvələr saxlamaq məcburiyyətində qalacağı ilə bağlı narahatlıqlar var.
Eyni zamanda hər bir tərəf digər tərəfin hərəkətlərini diqqətlə izləyəcək, onların ya zərbə endirəcəyini, ya da sayıqlığını zəiflədəcəyini gözləyəcək. Mənbələrdən birinin sözlərinə görə, bu ssenari “siyasi və iqtisadi baxımdan [ABŞ Prezidenti Donald] Trampın başına gələ biləcək ən pis şeydir”, çünki ABŞ-də 2026-cı il noyabrın 3-də keçiriləcək aralıq seçkilər yaxınlaşır.
Trampın müşavirləri “Axios”a bildiriblər ki, amerikalı lider növbəti zərbələri endirmək və İrana qarşı tətbiq edilən iqtisadi tədbirlərin maksimum təsirini gözləmək arasında tərəddüd edir. Bu tədbirlər Tehranın, o cümlədən öz nüvə proqramı məsələsində güzəştə getməsinə səbəb ola bilər. Müşavirlərdən birinin sözlərinə görə, Tramp ona “[İran rəhbərliyi] yalnız bombardmanı anlayır” deyib. Mənbə Trampın hazırkı vəziyyətini “məyus realist” kimi təsvir edib. “O, güc tətbiq etmək istəmir, amma geri çəkilməyəcək”, - deyə o bildirib.
“Axios”a görə, Tramp bazar ertəsi günü öz milli təhlükəsizlik komandası ilə İranın danışıqların yeni mərhələsini keçirmək təklifini müzakirə edib, lakin qərar qəbul edilməyib.
Sevinc Əliyeva
Ordu.az