Ordu.az xəbər verir ki, Haluk Görgün son dövrdə ardıcıl olaraq xarici səfərlərdə olub.
Görgün səfərlə bağlı sosial media hesablarında verdiyi açıqlamada aşağıdakı ifadələrə yer verib:
“İspaniyaya etdiyimiz işgüzar səfər çərçivəsində “Qpas”, “Indra” və “Navantia” şirkətlərinin nümayəndələri ilə bir araya gəldik. Prezident cənab Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyə müdafiə sənayesinin ortaya qoyduğu uğur hekayəsi qlobal aktorlar tərəfindən yaxından izlənilir. Beynəlxalq sahədə çatdığımız nüfuzlu mövqe bir çox dost və müttəfiq ölkənin aparıcı müdafiə şirkətlərinin əməkdaşlıq tələblərini özü ilə gətirir. Bu tələblərin qarşılıqlı qazanc və strateji tərəfdaşlıq anlayışı ilə konkret layihələrə çevrilməsi qlobal təhlükəsizlik və sülh mühitinin qurulmasına töhfə verəcək. Səfirimiz xanım Nükət Küçükel Ezberciyə işlərimizə verdiyi töhfələrə və ev sahibliyinə görə təşəkkür edirik”.
Sevinc Əliyeva
Ordu.az