“Koluman Otomotiv” SAHA 2026-da DERMAN və KISRAK vasitələrini təqdim edəcək

2026/04/1777374709.jpg
Oxunub: 538     15:02     28 Aprel 2026    
Təhlükəsizlik qüvvələrinin ən çətin şəraitlərdəki logistik ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanmış yüksək performanslı vasitələr SAHA 2026-da təqdim ediləcək.

Ordu.az xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul” təşkilatçılığı ilə keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi mayın 5-9-da İstanbul Sərgi Mərkəzində keçiriləcək.

“Koluman Otomotiv” SAHA 2026-da əməliyyat səmərəliliyini və şəxsi heyətin təhlükəsizliyini diqqət mərkəzində saxlayan DERMAN və KISRAK vasitələrinin iki fərqli seqmentini təqdim edəcək.

DERMAN dartıcısı ağır logistik tapşırıqlar üçün hazırlanıb

Bu çərçivədə DROPS və Zirehli AKTAN konsepsiyaları ilə Türkiyə Silahlı Qüvvələrinin inventarında aktiv xidmətdə olan DERMAN vasitəsinin dartıcı versiyası olan 8x8 DERMAN Dartıcısı sərgidə nümayiş etdiriləcək.

DERMAN Dartıcı Vasitəsi əsas döyüş tankları və ağır tırtıllı hərbi platformaların daşınması üçün yüksək tutumlu logistik dəstək təmin etmək məqsədilə konfiqurasiya edilib.

Dartıcı vasitədə 625 at gücü (460 kVt) hasil edən OM473 mühərrikindən istifadə olunur. Ağır yüklər altında hərəkətə başlama və hərəkət təhlükəsizliyini artırmaq məqsədilə transmissiya sistemində “Turbo Retarder Clutch” (TRC) texnologiyası yer alır.

250 tona qədər dartma qabiliyyətinə malik platforma 1000 litrdən çox yanacaq çəni ilə uzunməsafəli əməliyyat sahələrində təchizat ehtiyacını minimuma endirəcək şəkildə hazırlanıb.

Çətin hərbi standartlara cavab verəcək şəkildə hazırlanan vasitə 60 faiz qalxma mailliyi və 1200 mm dərinliyə qədər sudan keçmə qabiliyyəti ilə ərazi şəraitində davamlılıq təmin edir.

NATO standartlarında qaraltma işıqları və arxa görüntü kameraları standart olan vasitə ehtiyaca görə zirehli kabin mühafizəsi və KBRN filtrasiya sistemləri ilə konfiqurasiya edilə bilir.

KISRAK ambulans və çoxməqsədli istifadə konsepsiyası

Şəxsi heyət daşıyıcı versiyası ilə əvvəlki sərgilərdə yer alan KISRAK platforması SAHA 2026-da ilk dəfə tam təchizatlı ambulans konsepsiyası ilə nümayiş etdiriləcək.

Vasitə 330 at gücü (240 kVt) mühərrik və “Allison 3500 SP” tam avtomatik transmissiya ilə təchiz edilib. Portal ox quruluşu sayəsində 520 millimetr alt boşluğa çatan KISRAK Ambulans standart vasitələrin keçə bilmədiyi kələ-kötür ərazilərdə təxliyə imkanı təqdim edir. Yaralı daşınması zamanı kritik əhəmiyyət daşıyan silkələnmə idarəetməsi üçün vasitədə spiral yaylı asma sistemi seçilib.

Əsas mühərrikdən müstəqil işləyə bilən iqlimləndirmə sisteminə malik platforma 5 şəxsi heyət və 2 uzanmış xəstə tutumuna malikdir. NATO standartlarına uyğun relsli yükləmə sisteminə malik xərək quruluşu olan vasitədə reanimasiya bölməsi, oksigen dəstək sistemi, müxtəlif tibbi müdaxilə dəstləri və yanmayan materialdan hazırlanmış dərman saxlama sahələri yer alır.

İxrac və strateji hədəflər

“Koluman Otomotiv” SAHA 2026-nı sadəcə məhsul nümayişi sahəsi deyil, strateji hədəflərin həyata keçiriləcəyi platforma kimi qiymətləndirir.

Şirkət DERMAN və KISRAK platformalarının ixrac potensialını başda Yaxın Şərq, Afrika və Cənub-Şərqi Asiya olmaqla, müttəfiq ölkələrlə konkret əməkdaşlıqlara çevirməyi hədəfləyir.

KISRAK Ambulans nümunəsində olduğu kimi “tək platformada çoxsaylı tapşırıq” qabiliyyətini vurğulamağı planlaşdıran “Koluman” sərgi müddətində xarici hərbi nümayəndə heyətləri və satınalma komissiyaları ilə texniki görüşlər keçirəcək.

Müdafiə sənayesi ekosistemindəki alt istehsalçılarla yerlilik nisbətini artıracaq AR-GE tərəfdaşlıqları üzrə məsləhətləşmələr aparacaq şirkət sahədən alınan rəylərlə yeni nəsil vasitə dizaynları üçün məlumat toplayacaq.

Şirkət həmçinin vasitə həyat dövrü idarəetməsindəki peşəkar yanaşmasını beynəlxalq arenada bir daha vurğulayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koluman   DERMAN   KISRAK  


Bizi "telegram"da izləyin