"Dnestryanı region olmadan da Avropa İttifaqına qoşula bilərik" - Sandu

2025/10/1761588306.jpg
Oxunub: 335     13:52     28 Aprel 2026    
Moldovanın Rumıniyanın tərkibinə daxil olması Kişinyovun Avropa İttifaqına (Aİ) üzvlüyünü sürətləndirəcək.

Ordu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu danışıb.

“Bu, bizim Avropa İttifaqına daha tez qoşulmağımıza imkan verərdi və bizə çox kömək olardı”, - deyə o bildirib.

Moldova Prezidenti qeyd edib ki, belə bir qərar vətəndaşların əksəriyyəti tərəfindən qəbul edilməlidir.

Sandu Aİ-yə qoşulmanın alternativ yollarından da danışıb.

"Moldova separatçı Dnestryanı region olmadan da birliyə qoşula bilər. Bu, mümkün həll yoludur,”- deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Sandu  


Bizi "telegram"da izləyin