Ordu.az xəbər verir ki, bunu İran müdafiə nazirinin strateji planlaşdırma üzrə müavini, briqada generalı Reza Talayi-Nik bildirib.
“Bu gün İran İslam Respublikası öz silahlı qüvvələrinin imkanlarını müstəqil dövlətlərlə, xüsusilə ŞƏT üzvləri ilə bölüşməyə hazırdır”, - deyə generalın sözlərini “Tasnim” agentliyi sitat gətirib.
Talayi-Nik, həmçinin əlavə edib ki, İran tərəfi digər ölkələrlə “ABŞ-yə qarşı dayanmaq təcrübəsini” bölüşməyə hazırdır.
Sevinc Əliyeva
Ordu.az