Banqladeşə ATAK helikopteri satışı ilə bağlı dezinformasiya yayılıb

2026/03/Ekran-1773062612.jpg
Oxunub: 488     12:50     28 Aprel 2026    
Banqladeş Hava Qüvvələrinin həyata keçirməyi planlaşdırdığı genişmiqyaslı tədarük prosesləri öncəsində qonşu ölkələrdən qəsdən əsassız xəbərlər yayıldığı bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Banqladeş mediasına görə, Banqladeş Hava Qüvvələrinin həyata keçirməyi planlaşdırdığı genişmiqyaslı tədarük prosesləri öncəsində qonşu ölkələrdən qəsdən əsassız xəbərlər yayılır. Bu tip məzmunların ölkə daxilində bəzi dairələr tərəfindən də böyüdülərək servis edildiyi ifadə olunur.

“Defense Technology of Bangladesh”in xəbərinə görə, xüsusilə Hindistan a yerləşən “NorthEast News” platforması Banqladeş Hava Qüvvələri daxilində “Tehrik-i Taliban Pakistan” (TTP) ilə əlaqəli bir elementin yaxalandığına dair iddiaları heç bir konkret sübut təqdim etmədən yayımlayıb. Sözügedən xəbəri qələmə alan jurnalist Çandan Nandinin daha əvvəl də Banqladeşi hədəf alan oxşar şəkildə təsdiqlənməmiş məzmunlar yayımladığı iddia edilir, bu cür xəbərlərin ictimai rəyi yönləndirməyə hesablandığı görünür. Həmçinin Banqladeşin Türkiyədən fərqli sistemlərə yönəlməsi xüsusilə Hindistanda narahatlığa səbəb olmuşdu.

Banqladeş mediasında yer alan qiymətləndirmələrdə xüsusilə müdafiə tədarük proseslərinin həssaslığına diqqət çəkilərək böyük layihələrdən əvvəl informasiya çirkliliyinin artdığı vurğulanır. Bu çərçivədə T129 ATAK hücum helikopteri tədarükünə yönəlmiş mümkün razılaşma prosesində də oxşar dezinformasiya cəhdlərinin işə salındığı bildirilir.

Banqladeşin ATAK helikopteri tədarükü

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) “2025-ci ildə Beynəlxalq Silah Transferlərində Tendensiyalar” hesabatına görə, Banqladeş Türkiyədən 6 ədəd T129 ATAK hücum helikopteri tədarük edəcək. Bu kontekstdə təhvillərin 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır. Banqladeşli yerli mənbələr 2026-cı ilin əvvəlində Banqladeşin Türkiyədən ATAK helikopteri tədarük edəcəyini bildirmişdi.

“BD Military” tərəfindən yayılan xəbərə görə, bu hadisə TUSAŞ Uçuş Sınaqları Direktoru Arif Ateşin 2026-cı il yanvarın 13-ü Dakka kazarmasında general-leytenant SM Kamrul Hassana nəzakət səfərindən sonra paylaşılmışdı. Xəbərə görə, Dakkadakı görüşdə hər iki tərəf ikitərəfli imkanlar və müdafiə əməkdaşlığını inkişaf etdirmə yolları barədə fikir mübadiləsi aparmışdı. Banqladeş rəsmilərinə görə, görüşdə xüsusilə Türkiyədən texnologiya transferi, personal hazırlığı və iki ölkənin silahlı qüvvələri ilə müdafiə sənayesi sahəsində uzunmüddətli tərəfdaşlıq da daxil olmaqla geniş əməkdaşlıq imkanları gündəm maddələri arasında yer almışdı.

Banqladeş hazırda “Bayraktar” TB2 pilotsuz uçuş aparatı və TRG-230 raket sistemi kimi bəzi Türkiyə istehsalı sistemləri inventarında saxlayır. Təklif edilən müdafiə razılaşmaları isə yalnız tədarükü deyil, eyni zamanda yerli texniki xidmət və istismar imkanlarının inkişaf etdirilməsini və texnologiya transferini də əhatə edir. Bu yanaşma ölkənin ənənəvi təchizatçılardan uzunmüddətli asılılığını azaltmağı hədəfləyir. Bu prosesin təbii nəticəsi olaraq Banqladeş xüsusilə son illərdə Rusiya və Çin istehsalı sistemlər əvəzinə Qərb mənşəli silah sistemlərinə daha çox yönəlməyə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Banqladeş   ATAK  


Bizi "telegram"da izləyin