Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Ayhan çıxışında xüsusilə yerli və milli müdafiə məhsullarının gəldiyi nöqtəyə diqqət çəkərək bunları deyib:
“Bu gün türk mühəndislərinin əlindən çıxan Pilotsuz Uçuş Aparatı (PUA) və zərbə PUA-ları dünyanın dörd bir yanında səmadadır. Bu PUA və zərbə PUA-ları Türkiyədə terrorun belini qırıb. Milli döyüş təyyarəmiz KAAN qanadlarını açdı. Bu, mühəndislik uğurundan daha çox şeydir: “edə bilməzsiniz” deyənlərə qarşı onilliklər boyu səbir, əzm və inadla “biz edərik” deyənlərin qələbəsidir”.
“Müharibələr laboratoriyalarda, data mərkəzlərində və zehinlərdə aparılır”
Dünya tarixinin ən ağrılı və ən sürətli dəyişiklik dövrlərindən birinin yaşandığını bildirən Ayhan müdafiə sənayesinin dəyişən mahiyyətini bu sözlərlə izah edib:
“Artıq müharibələr yalnız cəbhələrdə deyil, laboratoriyalarda, data mərkəzlərində, proqramlarda və ən əsası zehinlərdə aparılır. Bu gün bir embarqo qərarı bir xalqın müdafiə hüququnu əlindən ala bilir. Öz təyyarəsini, öz pilotsuz uçuş aparatını və öz raketini istehsal edə bilməyən ölkələr masada deyil, masanın mövzusu kimi yerini alır”.
Sevinc Əliyeva
Ordu.az