Ordu.az xəbər verir ki, rabitə texnologiyaları sahəsində fəaliyyət göstərən “CTech Bilişim Teknolojileri” açıqlama yayaraq “SAHA 2026”da yerini alacağını duyurub.
Açıqlamada aşağıdakı ifadələrə yer verilib:
“Ən çətin şərtlərdə belə fasiləsiz, dayanıqlı və etibarlı rabitə texnologiyaları SAHA-da.
Müdafiə, aviasiya və kosmos ekosisteminin ən kritik görüş nöqtələrindən biri olan SAHA 2026-da yerimizi alırıq.
“CTech” olaraq müdafiə və aviasiya sahəsində missiya baxımından kritik əməliyyatlar üçün inkişaf etdirdiyimiz peyk və görüş xətti rabitə texnologiyalarımızla hava, quru və dəniz platformalarında sərhədləri yenidən müəyyən edirik.
Yeni əməkdaşlıqlar inkişaf etdirmək və sahədə özünü sübut etmiş rabitə texnologiyalarımızı yaxından tanımaq üçün SAHA 2026-da stendimizə gözləyirik”.
“SkyARX” SAHA-da
Ziyarətçilər qarışdırmaya dayanıqlı peyk rabitə modemi “SkyARX”i də incələmə imkanı tapacaqlar.
ANKA və AKSUNGUR pilotsuz uçuş aparatlarında 400.000 saatdan çox uçuş təcrübəsi ilə sahədə özünü sübut etmiş “SkyARX” peyk rabitə terminalı “CTech” stendində olacaq.
Sevinc Əliyeva
Ordu.az