Ordu.az xəbər verir ki, hadisə pilotsuz hava yanacaq təminatı qabiliyyətinin əməliyyat istifadəsinə yaxınlaşması baxımından proqramda kritik hədd kimi qiymətləndirilir.
Sınaq prosesi rəsmən başlayıb
İlk uçuş ABŞ-nin İllinoys ştatındakı “MidAmerica St. Louis” hava limanında yerləşən “Boeing” müəssisələrindən həyata keçirilib. Uçuş Mühəndislik və İstehsal İnkişafı (EMD) proqramı çərçivəsində aparılan sınaq kampaniyasının başlanğıcını təşkil edir.
Uçuş zamanı bir TA-4J “Skyhawk” və bir UC-12M “Huron” təyyarəsi təhlükəsizlik və məlumat izlənməsi məqsədilə “chase” platformaları kimi vəzifə yerinə yetirib. İlk uçuşdan əvvəl aprelin 22-də həyata keçirilən qalxma sınağının ləğv edildiyi, lakin texniki səbəbin açıqlanmadığı bildirilib.
Proqram çərçivəsində ümumilikdə 9 ədəd EMD platformasının sınaqlarda istifadə edilməsi planlaşdırılır, ilkin əməliyyat qabiliyyətinin (IOC) isə 2027-ci maliyyə ilində əldə edilməsi hədəflənir.
Texniki qabiliyyətlər və missiya konsepsiyası
MQ-25A “Stingray” aviadaşıyıcı missiya qruplarına orqanik hava yanacaq təminatı vermək üçün inkişaf etdirilib. Sistem şlanq-səbət (hose-and-drogue) üsulu ilə 500 dəniz mili məsafədə 14000-16000 funt yanacaq ötürə bilir.
Platformada istifadə olunan “Cobham Aerial Refueling Store” sistemi F/A-18E/F “Super Hornet” təyyarələrində istifadə olunan sistemlə uyğun olacaq şəkildə hazırlanıb.
Texniki xüsusiyyətlər çərçivəsində:
15,5 metr uzunluq
22,9 metr qanad açılımı (qatlana bilən struktur)
“Rolls-Royce AE 3007N” turbofan mühərriki
10000 “lbf”dən artıq itələmə gücü mövcuddur.
Həmçinin platformaya inteqrasiya edilən elektro-optik və infraqırmızı sensor sistemi sayəsində kəşfiyyat və müşahidə missiyalarında da istifadə edilə bilməsi nəzərdə tutulur.
İnsansız-insanlı inteqrasiya
MQ-25 yalnız tanker platforması olmaqdan əlavə, insanlı və insansız sistemlərin birlikdə vəzifə yerinə yetirdiyi yeni əməliyyat konsepsiyasının mühüm komponenti kimi mövqeləndirilir.
ABŞ donanması tərəfindən inkişaf etdirilən Pilotsuz Təyyarə Missiya İdarəetmə Sistemi sayəsində pilotların F/A-18 “Super Hornet” kokpitindən MQ-25-i idarə edə bilməsi mümkün olur. Bu struktur xüsusilə hava yanacaq təminatı missiyalarında birbaşa insanlı-insansız qarşılıqlı fəaliyyətini mümkün edir.
Sevinc Əliyeva
Ordu.az