DM: ABŞ-də III Çarlzı qarşılayarkən Tramp kral protokolunu pozub

2026/04/1777362614.jpg
Oxunub: 367     11:47     28 Aprel 2026    
ABŞ-yə səfər edən Böyük Britaniya kralı III Çarlzı qarşılayarkən ABŞ prezidenti Donald Tramp kral diplomatik protokolunu kobud şəkildə pozub.

Ordu.az xəbər verir ki, bu barədə “Daily Mail” (DM) məlumat yayıb.

Bildirilir ki, ən sərt qaydalardan biri üçüncü şəxslərin kral ailəsi üzvləri ilə hər hansı fiziki təması başlatmasını qəti şəkildə qadağan edir. Eyni zamanda qeyd olunur ki, Tramp sadəcə monarxı salamlamaq və xoş münasibətini göstərmək istəyib.

“Yaxınlığını vurğulamaq üçün Tramp əlini kralın çiyninə qoyub ki, bu da kral protokolunun pozulması hesab olunur. Mühüm bir məqam var, yazılmamış qanuna görə, kral ailəsinin üzvlərinə heç vaxt birinci toxunmaq olmaz”, - deyə məqalədə qeyd olunub.

III Çarlz və kraliça Kamilla həmin gün ABŞ-yə dörd günlük səfər çərçivəsində Merilend ştatına enmişdilər. Bu səfər ABŞ-Britaniya münasibətlərində gərginlik fonunda baş tutur və bunun səbəbi İranda başlayan müharibədir. Məlumdur ki, Tramp ABŞ-yə hərbi yardım göstərməkdən imtina etdiyinə görə Birləşmiş Krallığın baş naziri Kir Starmeri sərt tənqid edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya  


Bizi "telegram"da izləyin