CNN: ABŞ və İran müharibədən əvvəlki status-kvoya qayıtmaq ətrafında danışıqlar aparır

2026/03/1774251989.jpg
Oxunub: 314     10:22     28 Aprel 2026    
ABŞ və İran sülh yolu ilə tənzimləmə ətrafında pərdəarxası danışıqları davam etdirir. Prosesin ilkin mərhələsi müharibədən əvvəlki status-kvoya qayıtmaq və Hörmüz boğazı ilə azad gəmiçiliyi bərpa etmək barədə razılaşma ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Pərdəarxasında intensiv diplomatik iş aparılır və hazırkı danışıqlar mərhələli proses üzərində cəmlənib. Onun çərçivəsində mümkün razılaşmanın birinci hissəsi müharibədən əvvəlki status-kvoya qayıtmağa və Hörmüz boğazının işinin məhdudiyyətsiz və rüsumsuz bərpasına həsr olunacaq”, - deyə nəşrdə bildirilir.

Qeyd olunur ki, İranın nüvə proqramı məsələsi daha sonra müzakirə ediləcək. Eyni zamanda, danışıqlar zamanı diplomatik vasitəçilər hər iki tərəfə təzyiq göstərirlər. Bundan başqa, ABŞ-nin hərbi əməliyyatları bərpa etmək barədə qərar qəbul edə biləcəyi riski mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin