Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Nüvə məsələsi bizim ilk növbədə bununla məşğul olmağımızın səbəbidir. Əgər İran sadəcə radikal insanlar tərəfindən idarə olunan radikal ölkə olsaydı, bu, yenə də problem olardı. Onlar mahiyyət etibarilə öz inqilablarını genişləndirməyə və ixrac etməyə çalışırlar: buna görə onlar Livanda “Hizbullah”la birlikdədirlər, buna görə HƏMAS-a dəstək verirdilər, buna görə İraqda silahlı dəstələri dəstəkləyirdilər. Onlar təkcə İranda dominantlıq etməyə yox, həm də regionda dominantlıq etməyə çalışırlar. Təsəvvür edin ki, həmin insanların nüvə silahına çıxışı olsaydı. Onlar bütün regionu girov saxlayardılar”, - deyə Rubio “Fox News”a müsahibəsində bildirib.
Dövlət katibinin sözlərinə görə, Tehranın hazırda “raketlərinin yarısı yoxdur”, bu isə onu zəif mövqeyə salır.
Jurnalistin İranla razılıq əldə olunmayacağı təqdirdə ABŞ-nin tədbirləri barədə sualına cavab olaraq Rubio qeyd edib ki, əsas yanaşma Tehrana təzyiqin gücləndirilməsi olacaq.
“İrana qarşı sanksiyaların səviyyəsi qeyri-adidir, İrana təzyiq qeyri-adidir və düşünürəm ki, daha çox şey etmək olar”, - deyə o bildirib.
Rubio qeyd edib ki, ABŞ İranın yeni ali lideri Müctəba Xameneyinin sağ olduğunu düşünür, lakin “atası ilə eyni etimad səviyyəsindən istifadə edib-etmədiyi” barədə şübhələr var.
“Biz bu sualların cavablarını bilmirik, amma mütləq düşünürəm ki, onların sistemində nəsə qaydasında deyil və bu, hazırda onlarla danışıqları çətinləşdirir”, - deyə diplomat əlavə edib.
Sevinc Əliyeva
Ordu.az