Koul Allenə qarşı yeni ittihamlar irəli sürüləcək

2026/04/1777178803.jpg
Oxunub: 373     09:08     28 Aprel 2026    
Kolumbiya dairəsi üzrə ABŞ prokuroru Janin Pirro bildirib ki, şənbə günü baş vermiş atışmada şübhəli bilinən Koul Allenə qarşı əlavə ittihamlar irəli sürüləcək.

Ordu.az xəbər verir ki, məlumatı CNN yayıb.

Bundan əvvəl prokurorluq Allenə üç ittiham irəli sürüldüyünü, o cümlədən ABŞ prezidentinə qarşı sui-qəsd cəhdinin də daxil olduğunu açıqlamışdı.

“İstintaq davam etdikcə əlavə ittihamlar irəli sürüləcək.

Bu, ABŞ prezidentinə qarşı sui-qəsd cəhdi idi və təqsirləndirilən şəxs niyyətinin nə olduğunu açıq göstərib: yəni nazirlər kabinetinin mümkün qədər çox yüksəkvəzifəli üzvünü öldürmək”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Allen   ABŞ  


Bizi "telegram"da izləyin