ABŞ vitse-prezidenti İran müharibəsi ilə bağlı Pentaqona şübhə edib

2026/02/1770182104.jpg
Oxunub: 256     09:07     28 Aprel 2026    
Qapalı görüşlər zamanı ABŞ-nin vitse-prezidenti Cey Di Vens dəfələrlə Müharibə Nazirliyinin təqdim etdiyi məlumatları şübhə altına alıb. O hesab edir ki, Pentaqon Amerika raket ehtiyatlarının kəskin azalmasının miqyasını kiçildir.

Ordu.az xəbər verir ki, bu barədə “The Atlantic” yazıb.

Administrasiyanın iki yüksəkvəzifəli rəsmisi bildirib ki, vitse-prezident müharibə ilə bağlı Pentaqonun təqdim etdiyi məlumatların etibarlılığını şübhə altına alıb. O, Tramp ilə müzakirələr zamanı bəzi raket sistemlərinin ehtiyatları ilə bağlı da narahatlığını ifadə edib.

Həm müharibə naziri Pit Heqset, həm də Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Den Keyn açıq şəkildə ABŞ silah ehtiyatlarının əhəmiyyətli olduğunu və səkkiz həftə davam edən döyüşlərdən sonra İran qüvvələrinə vurulan zərərin dağıdıcı xarakter daşıdığını bildiriblər.

Vensin müşavirləri anonimlik şərti ilə deyiblər ki, ABŞ vitse-prezidenti sadəcə narahatlıqlarını dilə gətirir və Heqseti və ya Keyni Trampı aldatmaqda ittiham etmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Pentaqon  


Bizi "telegram"da izləyin