Ordu.az xəbər verir ki, bu barədə İstanbul Erməni Patriarxlığı məlumat yayıb.
Məlumata görə, İstanbul erməni patriarxı son bir il ərzində Erməni Apostol Kilsəsinin bəzi din xadimləri ilə Ermənistan hökumətinin nümayəndələri arasında baş verən qarşıdurmalara toxunaraq bununla bağlı narahatlığını ifadə edib.
Qeyd olunub ki, arxiyepiskop Saak Maşalyan yaxın gələcəkdə Üçmüədzin kilsəsi ilə Ermənistan hökuməti arasında barışığın və həmrəyliyin yenidən bərqərar olacağına ümid etdiyini bildirib.
“İstanbul erməni patriarxı, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin inkişafının sabit gedişatının təmin edilməsinin vacibliyini, gələcəkdə diplomatik münasibətlərin qurulması və möhkəmləndirilməsinin region xalqlarının həmrəy şəkildə yaşaması və birgə inkişafı baxımından ümid verməli olduğunu vurğulayıb. Alen Simonyan İstanbulda erməni mətbuatının nümayəndələri ilə də görüşmək istədiyini bildirib və həmin görüş patriarxlığın zalında keçirilib”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az