Paşinyan Fransanın Avropa məsələləri üzrə səlahiyyətli naziri ilə görüşüb

2026/04/1776160223.jpg
Oxunub: 322     13:44     14 Aprel 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın Avropa məsələləri üzrə səlahiyyətli naziri Benjamen Hadadı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin aparatı məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ermənistan-Fransa ikitərəfli münasibətlərinin gündəliyinə və çoxşaxəli əməkdaşlığın gələcək inkişafına dair məsələlər müzakirə olunub.

“Ermənistan-Avropa İttifaqı əməkdaşlığına, həmçinin Avropa Siyasi Birliyinin sammitinin Ermənistanda keçirilməsinə dair məsələlərə toxunulub.

Həmsöhbətlər həmçinin regional inkişaflar, sülhün və sabitliyin təmin olunmasına yönəlmiş addımlar ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər aktiv siyasi dialoqun davamlılığını və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini vacib hesab ediblər”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin