Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, onların arasında Samvel Aleksanyan, Artak Sarkisyan (SAS-ın Artakı), “Grand Candy”nin sahibi, “Synopsys”, “Ucom”, “Team” şirkətlərinin direktorları və başqaları olub.
“Görüşün detalları ilə bağlı hökumətdən qismən məlumatlar verilib. Bəzi məlumatlara görə, görüşün iki məqsədi olub: birincisi, Rusiyanın erməni biznesmenlərinə qarşı tətbiq etdiyi məhdudiyyətlər fonunda onları sakitləşdirmək və ikincisi, biznesmenlərin anti-Rusiya siyasəti və bizneslərinə zərər vurulması ilə bağlı Paşinyana qarşı çıxmasının qarşısını almaq.
Paşinyan bildirib ki, tezliklə hər şey qaydasına düşəcək və Azərbaycanla sülh perspektivləri onlar üçün alternativ bazar açacaq.
Bundan əlavə, bununla cəmiyyətə göstərmək istəyirlər ki, guya bütün iri biznes nümayəndələri onların yanındadır. Halbuki dəqiq məlumatlar var ki, bəzi biznesmenlər bu hakimiyyətdən və onun apardığı qeyri-sabit, məsuliyyətsiz siyasətdən ciddi narazıdır”, - deyə nəşr bildirib.
“Hraparak” qeyd edib ki, Paşinyanın dövründə biznesini genişləndirən, oğlunu vilayət rəhbəri təyin etdirən Aşot Arsenyana qarşı Rusiyada “Cermuk”dan zəhərlənərək ölən şəxslə bağlı cinayət işi yenidən açılıb, “Proşyan konyak zavodu”nun məhsullarının Rusiyada satışı qadağan edilib.
“Xaçaturov Sukiasyan və bir sıra digər şəxslərin Rusiyaya girişi qadağan olunub. Ən əsası isə, ruslar paralel ixrac yolunu bağlayıblar ki, bundan həm biznesmenlər, həm də Ermənistan dövlət büdcəsi vergi şəklində böyük gəlir əldə edirdi”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az