Qazaxıstan Ermənistan Baş Prokurorluğunun vəsatətini təmin edib, axtarışda olan şəxs Ermənistana təhvil verilib

2025/10/1761476356.jpg
Oxunub: 330     12:22     10 Aprel 2026    
Qazaxıstan Respublikasının Baş Prokurorluğu Ermənistan Baş Prokurorluğunun vəsatətini təmin edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, axtarışda olan A.Z. cinayətkar təşkilatda iştirak, həmin təşkilatın tərkibində 19 milyon dram məbləğində kompüter oğurluğu və çirkli pulların yuyulmasında ittiham olunaraq Ermənistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Ermənistan Baş Prokurorluğunun göstərişi ilə Daxili İşlər Nazirliyi polisinin əməkdaşları A.Z.-nin İrəvana gətirilməsini təmin ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Ermənistan  


Bizi "telegram"da izləyin