Erməni oliqarx: “Biz istəyirik ki, güclü dövlətlərdən 4-5-i sülhə zəmanət versin”

2026/04/1775753388.jpg
Oxunub: 447     21:56     09 Aprel 2026    
“Bu gün deyirik ki, ölkəmizə zəmanətli sülh lazımdır, bu zəmanətli sənəd imzalanmalıdır və güclü dövlətlərdən 4-5-i sülhə zəmanət verməlidir ki, xalqımız müharibə təhlükəsini bağlasın”.

Ordu.az xəbər verir ki, bunu bu gün “Çiçəklənən Ermənistan” partiyasının qurultayı və “Təklif Ermənistana” proqramının təqdimatı zamanı Çiçəklənən Ermənistan” partiyasının lideri, erməni olxiqarx Qaqik Tsarukyan bildirib.

“Bu gün deyirlər ki, sentyabrda müharibə olacaq və ya hansısa öhdəlik yerinə yetirilməsə müharibə olacaq. Bu, sizə görə sülhdürmü? Sülh zəmanətli olmalıdır ki, insanlar bunu unutsun”, - deyə o bildirib.

Kənd təsərrüfatına toxunan Tsarukyan qeyd edib ki, hazırda 480 min hektar torpaq var, onun yalnız 140 mini becərilir: “İnsanlar borc və kredit altındadır. Kəndli məhsul yaradan, sərhədi qoruyan insandır. Dövlət kəndliyə lazım olan hər şeyi verməlidir ki, o həm məhsul istehsal etsin, həm də sərhədi qorusun”.

O, bir daha bildirib ki, baş nazir olmaq istəmir.

“Mən istəmirəm, bu ağır işdir, biz bu gün komandamızla baş nazir namizədini seçməliyik. Mən 100 faiz söz verməmişəm ki, namizəd Petrosyan və ya Poğosyan olacaq. Bu yükü qaldıra bilən insan olmalıdır. Bizim təklif etdiyimiz Ermənistan ən yaxşı olmalıdır.

Bizi qərbyönlü, rusiyayönlü kimi təqdim edənlər yalnız münasibətlərimizi pozmaq istəyənlərdir, biz ölkəmizin xeyrinə hamı ilə yaxşı münasibətdə olmalıyıq. Mən “Harvard”ı bitirməmişəm, amma həyat məktəbini əla bitirmişəm, hər sahədən başım çıxır.

Mən heç kəsə qarşı ittiham irəli sürmürəm, edə bilirsinizsə edin. Biz deyirik ki, bunu bacarırıq. Biz istəyirik proqramlarımızı həyata keçirək, qalib gələk ki, bütün dünya bizi qiymətləndirsin və biz də bu vəziyyətdən çıxaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tsarukyan  


Bizi "telegram"da izləyin