Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası aprelin 2-də parlament sədri tərəfindən təqdim edilən “Milli Məclisin deputatı Tadevos Avetisyanın deputat səlahiyyətlərinin dayandırılması barədə” protokolu qəbul edib.
Qeyd edilir ki, komissiya “Hayastan” blokunun seçki siyahısından seçilmiş və səlahiyyətləri vaxtından əvvəl dayandırılmış deputatın mandatını həmin siyahının növbəti namizədi Qaqik Hambardzumyana verib.
2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində müşahidə missiyasının həyata keçirilməsi məqsədilə Komissiya “International Republican Institute” (IRI) xarici ictimai təşkilatına dəvət göndərilməsi barədə qərar qəbul edib.
Digər qərarla isə Komissiya “Hay Arajadimakan Yeritasardutyun” ictimai təşkilatının müşahidəçilərin akkreditasiyası ilə bağlı müraciətini təmin edib.
Alpər Mövludoğlu
Ordu.az