Ordu.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan bu gün jurnalistlərlə söhbətində bildirib.
“Qoy hamı xalqla ünsiyyətdə olsun, onda görünəcək kim necədir”, - deyə o bildirib.
Tsarukyan qeyd edib ki, hakimiyyətin onu “belaruspərəst oliqarx” adlandırması təhqir kimi qiymətləndirilə bilməz: “Oliqarx dövlət rıçaqlarından istifadə edən şəxs olmalıdır, mən özümü oliqarx hesab etmirəm. Belarus prezidenti mənim dostumdur, o, erməni xalqının yanındadır, hər məsələdə qəbul edir, hörmət edir, dəstək göstərməyə hazırdır. Mən dostumdan imtina etmərəm”.
Alpər Mövludoğlu
Ordu.az