Erməni oliqarx: “Əgər Koçaryan baş nazir olmalıdırsa, əməkdaşlıq etməyəcəyəm”

2026/04/1775754078.jpg
Oxunub: 494     20:56     09 Aprel 2026    
“Robert Köçəryan (Ermənistanın sabiq prezidenti-red.) ilə mümkün seçki sonrası koalisiyanı təsəvvür etmirəm”.

Ordu.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri, erməni olxiqarx Qaqik Tsarukyan bu gün qurultaydan əvvəl jurnalistlərlə söhbətində bildirib.

“Köhnələrlə heç kimi təsəvvür etmirəm, indiki hakimiyyətlə də təsəvvür etmirəm”, - deyə Tsarukyan qeyd edib.

Əgər Nikol Paşinyanı uzaqlaşdırmağın yeganə yolu köhnə qüvvələrlə koalisiya olarsa belə əməkdaşlıq edib-etməyəcəyi barədə suala o, mənfi cavab verib və bildirib ki, yeni qüvvələr gəlməlidir: “Əgər Köçəryan baş nazir olmalıdırsa, onda yox”.

Samvel Karapetyan və ya Narek Karapetyanın baş nazir olması ehtimalına toxunan Tsarukyan isə deyib: “Biz bunu müzakirə edəcəyik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koçaryan   Tsarukyan  


Bizi "telegram"da izləyin