“Çox güman ki, mən parlamentə daxil olmayacağam, mandatımı təhvil verəcəyəm” - Tsarukyan

2026/04/1775754030.jpg
Oxunub: 472     20:53     09 Aprel 2026    
“Çiçəklənən Ermənistan” partiyasının lideri, erməni oliqarx Qaqik Tsarukyan bu gün partiyanın qurultayından əvvəl jurnalistlərlə söhbətində bildirib ki, çox güman ki, parlamentə daxil olmayacaq və mandatını təhvil verəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Baş nazir mən olmayacağam, amma partiyamızla birlikdə baxacağıq ki, kim bacarırsa, o da etməlidir. Komanda bir nəfər kimi möhkəmdir, hamımızın istəyi odur ki, birlik olsun, effektiv olsun, bu vəziyyətdən çıxa bilək, ayağa qalxaq ki, dünya bizə hörmət etsin”, - deyə o bildirib.

Onun sözlərinə görə, Robert Köçəryan ilə seçkilərdən sonra koalisiya ehtimalını təsəvvür etmir: “Köhnələrlə heç kimi təsəvvür etmirəm, indiki hakimiyyətlə də təsəvvür etmirəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tsarukyan   Ermənistan  


Bizi "telegram"da izləyin