Ordu.az xəbər verir ki, bunu bu gün “Çiçəklənən Ermənistan” partiyasının qurultayından əvvəl jurnalistlərlə söhbətində partiyanın lideri Qaqik Tsarukyan deyib.
Onun sözlərinə görə, bir şəxsin siyahıya rəhbərlik etməsi o demək deyil ki, o, baş nazir olmaq istəyir.
Kimin baş nazirliyə namizəd olacağı barədə suala o, belə cavab verib: “Mən hər gün xalqla, müxtəlif sahələrdən olan insanlarla ünsiyyətdə olduğum üçün, insanları dinləyəndə deyirlər ki, məsələn, varlı, formalaşmış, amma şəxsi məsələ güdməyən, vəzifəyə can atmayan biri olsaydı, biz də onun ətrafında birləşərdik, o da təşkilatlandıra bilərdi, seçkiyə gedərdik, insanların vəziyyəti yaxşılaşardı. Buna görə də mən indi Qaqik Tsarukyan kimi deyirəm ki, şəxsi heç bir məsələm yoxdur, heç bir vəzifəyə meylim yoxdur. Xalqımın hər gün eşitdiyim istəyinə uyğun olaraq müxtəlif sahələrdən insanları toplamışam, yaxşı mütəxəssislərdir, öz dəst-xətləri var və onlar da deyirlər ki, bizə vəzifə lazım deyil, əsas vəzifə deyil, əsas dövlətdir. Biz bu prinsip əsasında hərəkət edirik.
Mənim 4 baş nazir namizədim var, mən onların içində deyiləm. O, yekdilliklə seçilməyəcək. İstənilən namizəd öz həyatı, gördüyü işlər və səmərəliliyi ilə özünü təqdim edəcək, kim seçilsə, o da olacaq. Heç kimə fərdi qaydada söz verməmişəm.
Biz bu gün çox ağır vəziyyətdəyik, baş nazir olmaq zövq deyil, əziyyətdir. Kim bunu edə bilərsə, bu ağırlığın altına girə bilərsə və komandam da həmin soyadla razılaşarsa, o da olacaq”.
Alpər Mövludoğlu
Ordu.az