Erməni oliqarxın rəhbərlik etdiyi siyasi qüvvə baş nazirliyə namizədin adını açıqlayır

2026/04/1775753388.jpg
Oxunub: 399     20:45     09 Aprel 2026    
Ermənistanda, “Arena concert hall”da (Abovyan şosesi 5) “Çiçəklənən Ermənistan” partiyasının qurultayı və “Ermənistana təklif” proqramı ilə komandasının təqdimatı keçirilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bu gün “Çiçəklənən Ermənistan” partiyasının seçki siyahısına başçılıq edəcək şəxsin adı açıqlanacaq.

Qeyd edək ki, qarşıdan gələn parlament seçkilərində “Çiçəklənən Ermənistan” partiyasının seçki qərargahına Hraçya Rostomyan rəhbərlik edəcək. Regional ofislərlə işi partiyanın siyasi şurasının üzvü Armen Manukyan tənzimləyəcək, İrəvan şəhər strukturlarının işini isə İrəvan meriyasındakı “Ana Ermənistan” fraksiyasının üzvü Gevorq Stepanyan əlaqələndirəcək.

Komandada və qərargah işində müxtəlif partiyaların nümayəndələri, partiyasız şəxslər, müxtəlif sahələrin nüfuzlu mütəxəssisləri və ictimai xadimlər iştirak edəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin