Ermənistanın sabiq müdafiə naziri siyasətdən uzaqlaşır

2023/04/1682146120.jpg
Oxunub: 405     19:49     09 Aprel 2026    
“Bu, mənim qərarım olub, məsələni prezident Robert Köçəryanla müzakirə etmişəm və bundan sonra belə qənaətə gəlmişik ki, “Hayastan” blokunun seçki siyahısına daxil olmayım”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan “24News”a müsahibəsində deyib.

“Robert Köçəryanla formalaşmış ittifaqla olmuşam və ya olacağam, axıra qədər həm tərəfdaşlarımın, həm də prezidentin rəhbərliyi ilə. Daşnaksütun və Sevak Xaçatryanın rəhbərlik etdiyi yeni partiya ilə birlikdə mübarizəmizi davam etdirəcəyik. Qərara gəlmişəm ki, yerimi daha gənclərə verim. Nəzərə almışam ki, parlamentin ötən sessiyasında tərəfdaşlarımızın fəal işini görmüşük.

Biz isə fəaliyyətimizi qalan bütün platformalarda davam etdirəcəyik”, - deyə erməni fraksiya rəhbəri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Ermənistan  


Bizi "telegram"da izləyin