SKYDAGGER kamikadze PUA-ları inventara daxil olub, TOYCA növbədədir

2026/04/1775742963.jpg
Oxunub: 495     17:54     09 Aprel 2026    
Türkiyənin pilotsuz uçuş aparatları sahəsində son illərdə əldə etdiyi dinamika kamikadze pilotsuz uçuş aparatı sistemləri ilə yeni mərhələyə keçid edir.

Ordu.az xəbər verir ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə birlikdə dəyişən döyüş doktrinaları aşağı xərcli və yüksək təsirli FPV (First Person View) kamikadze pilotsuz uçuş aparatlarına tələbatı artırarkən, Türkiyə müdafiə sənayesi bu sahədə də konkret nəticələr ortaya qoymağa başlayıb.

FPV kamikadze pilotsuz uçuş aparatları sahədə

Müasir döyüş meydanında pilotsuz uçuş aparatları artıq yalnız kəşfiyyat və müşahidə deyil, birbaşa hücum vasitəsi kimi önə çıxır. Bu çərçivədə fəaliyyət göstərən SKYDAGGER hazırladığı FPV pilotsuz uçuş aparatı və kamikadze pilotsuz uçuş aparatı sistemləri ilə diqqət çəkir.

Şirkətin məhsul ailəsi sabit qanadlı platformalar, sursat sistemləri, fiber infrastruktur və batareya həllərini əhatə edən geniş texnologiya dəstindən ibarətdir. Sistemlərin hər bir komponentinin böyük ölçüdə yerli olaraq hazırlandığı bildirilir.

İnventar prosesi tamamlanan sistemlər

SKYDAGGER tərəfindən hazırlanan fırlanan qanadlı kamikadze pilotsuz uçuş aparatı sistemlərinin artıq inventara qəbul edildiyi bildirilib. Bu inkişaf Türkiyənin aşağı xərcli və geniş istifadə edilə bilən hücum sistemləri sahəsində yeni mərhələyə keçdiyini göstərir.

SKYDAGGER baş direktoru Mehmet Öztekin istehsal yanaşması ilə bağlı belə qiymətləndirmə verib:

“Məqsədimiz davamlı, çoxsaylı və sürətli istehsalla uyğun xərcli sistemləri istifadəçiyə təqdim etməkdir”.

TOYCA inventar yolunda

Şirkətin sabit qanadlı kamikadze pilotsuz uçuş aparatı həlli TOYCA isə inventara qəbul mərhələsindədir. Sistem təxminən 70 kilometr əməliyyat məsafəsi, 5 kiloqram döyüş başlığı və 50 dəqiqə havada qalma müddəti ilə seçilir.

TOYCA-nın sürü uçuş qabiliyyəti və avtonom hücum xüsusiyyətləri sayəsində sahədə effektiv həll təqdim etməsi hədəflənir.

Öztekin sistemin istifadə konsepsiyası ilə bağlı belə ifadələr işlədib:

“Çox qısa təlimlərlə piyadanın istifadə edə biləcəyi sistemlər hazırlayırıq. Aşağı xərcli sistemlərlə yüksək təsirli nəticələr əldə edilə bilir”.

Platformalararası inteqrasiya hədəfi

Hazırlanan kamikadze pilotsuz uçuş aparatlarının yalnız müstəqil istifadə üçün deyil, fərqli platformalarla inteqrasiya olunmuş şəkildə tapşırıq yerinə yetirə biləcək formada layihələndirildiyi bildirilir.

Bu çərçivədə sistemlərin

“Bayraktar” TB2 zərbə tipli pilotsuz uçuş aparatı
“Bayraktar” TB3 zərbə tipli pilotsuz uçuş aparatı
“Bayraktar” AKINCI zərbə tipli pilotsuz uçuş aparatı
“Bayraktar” KIZILELMA kimi platformalardan buraxıla biləcək şəkildə hazırlandığı qeyd olunur. Test proseslərinin isə Bayraktar KALKAN DİHA üzərindən aparıldığı bildirilir.


Sürü pilotsuz uçuş aparatı konsepsiyası və yeni sistemlər

Şirkətin inkişaf vizyonunda sürü pilotsuz uçuş aparatı konsepsiyası mühüm yer tutur. Bu yanaşma çox sayda pilotsuz uçuş aparatının koordinasiyalı şəkildə fəaliyyət göstərməsini və hədəflərə eyni vaxtda hücum həyata keçirməsini nəzərdə tutur.

Həmçinin inkişaf işləri davam edən sistemlər arasında “Dart 81” və TOYCA 10 yer alır. Xüsusilə TOYCA 10-un hibrid mühərrik variantları ilə 750 kilometri aşan məsafə imkanına çatmasının hədəfləndiyi bildirilir.

Artan qlobal tələbat

Son illərdə baş verən münaqişələr kamikadze pilotsuz uçuş aparatlarının döyüş meydanındakı rolunu əhəmiyyətli dərəcədə artırıb. Aşağı xərc, yüksək təsir və sürətli istehsal üstünlükləri sayəsində bu sistemlər bir çox ölkə tərəfindən seçilir.

Bu çərçivədə Türkiyə müdafiə sənayesinin hazırladığı kamikadze pilotsuz uçuş aparatı həllərinin yaxın dövrdə beynəlxalq bazarda daha geniş yer tutacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SKYDAGGER   TOYCA  


Bizi "telegram"da izləyin