Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
“Xüsusilə aviasiya və nəqliyyat sahələrinə toxunulub. Hər iki tərəf iki ölkə arasında birbaşa aviasiya əlaqəsinin yaradılmasının zəruriliyini qeyd edib.
“Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) layihəsinə və onun çərçivəsində dəmir yolu sahəsinə də toxunulub”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az